Bu barədə mətbuata Tarix Muzeyindən məlumat verilib. Qeyd edilib ki, əşyaları Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova muzeyə təqdim edib.
Muzeyin yeni qurulan ekspozisiyasında P.Həşimovun şəxsi əşyalarının nümayişi məqsədilə xüsusi vitrin ayrılıb. Ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.
Hazırladı: Mina RƏŞİD