20.10.2024, 09:36
AZ EN
25.06.2023, 12:31 297

Şuşa sakinlərinin növbəti səyyar qəbulu Ağdam rayonunda, Mirzələr qış yatağında keçirilib

XƏBƏRLƏR
  • Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərovun növbəti səyyar qəbulu Ağdam rayonunda, Mirzələr qış yatağında məskunlaşan keçmiş məcburi köçkünlərlə keçirilib. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları da iştirak edib.

Görüşdə icra başçısı Bayram Səfərov çıxış edərək ölkə başçısının rəhbərliyi ilə aparılan daxili və xarici siyasət, sosial məsələlər, torpaqlarımızın işğalçılardan azad edilməsindən, Şuşa şəhərində aparılan bərpa, abadlıq-quruculuq işlərindən, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlərindən danışıb.

İcra başçısı sakinlərin problemlərini fərdi qaydada dinlədikdən sonra  qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, araşdırılmasına ehtiyac olan bəzi məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verilib.

Qeyd edək ki, müraciətlər əsasən Şuşa şəhərinə qayıdış, işlə təminat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və maddi köməklik barədə edilib.

Səyyar görüşdə rayon sakinləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya, doğma Şuşa şəhərində aparılan abadlıq-quruculuq işlərinə görə Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.   

Mina RƏŞİD 

Oxşar xəbərlər