20.12.2024, 23:25
AZ EN
25.06.2023, 08:34 323

Səfəralı Əliyev: Bu gün təkcə laçınlılar üçün deyil, həm də xalqımız üçün əlamətdardır

XƏBƏRLƏR
  • Bu gün təkcə laçınlılar üçün yox, həm də bütün xalqımız üçün əlamətdar gündür. Çünki məcburi köçkünlər öz yurdlarına - Laçına qayıdırlar.

Bu sözləri doğma yurduna qayıdan Laçın sakini Səfəralı Əliyev söyləyib.

Qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun şücaəti və qəhrəmanlığı sayəsində reallaşdı.

O, Laçından məcburi köçkün düşəndə 38 yaşı olduğunu bildirib. “İndi yaşlansam da, Laçına geri döndükdən sonra orada müəyyən işlərlə məşğul olmaq istəyirəm”, - deyə Laçın sakini vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər