02.08.2025, 06:43
AZ EN
25.06.2023, 07:28 390

Laçın sakini: Həsrətində olduğumuz doğma yurdumuza qayıtmaqdan sevincliyik

XƏBƏRLƏR
  • Bu gün təxminən 30 il həsrətində olduğumuz doğma Laçına qayıdırıq. Bu səbəbdən də sevincliyik və qürurluyuq. Təbəssüm hər birimizin çöhrəsində hiss olunur.

Bu sözləri doğma yurduna qayıdan Laçın sakini Asif Əliyev söyləyib.

Uzun illər Laçın həsrətində olduğunu qeyd edən Asif Əliyev torpaqlarımızın azadlığa qovuşmasında əməyi olan Azərbaycan Ordusuna təşəkkür edib.

O, Laçına daimi yaşamaq üçün getdiyini bildirib. Hazırda Laçında böyük vüsətlə tikinti-quruculuq və təmir-bərpa işləri aparılır. (AZƏRTAC)

Oxşar xəbərlər