Ramil Rafiq oğlu Məmmədov 23 dekabr 1995-ci ildə Neftçala rayonlarında anadan olmuşdur. Orta təhsilini Sumqayıt şəhəri 10 saylı peşə liseyində başa vurmuşdur. Həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. 44 günlük Vətən müharibəsində Cəbrayıl, Füzuli, Xocavənd istiqamətində döyüşlərdə iştirak etmişdir. 7 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsində yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Qazimiz III dərəcəli əlildir.
İsa Musayev