Sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Qeyd edək ki, qəbulda vətəndaşlar tərəfindən qaldırılan 26 məsələdən 9-u yerində həll olunub, 8-i baxılması üçün nəzarətə götürülüb. 9 məsələ ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib.
Qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.
Hazırladı: Mina RƏŞİD