Əvvəlcə qonaqlar “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.
Sərgidə Ulu Öndərin Qarabağın sosial, iqtisadi, siyasi və mədəni inkişafı istiqamətində xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər, videomateriallar nümayiş etdirilib.
Sonra onlar Yuxarı Gövhər ağa məscidinə, ardınca isə Xalça Muzeyinə baş çəkiblər, sonda isə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət ediblər. ("Report")