Bunu Ağdama səfər etmiş AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Yan Lidel-Qreynger deyib.
“Bu gün gördük ki, bu ərazilərdə geniş miqyasda yenidənqurma işləri aparılır. Köhnə, dağıdılmış və müəyyən hissələri qalmış binaları qoruyub saxlamaq əzmində olduğunuzu gördüm və bu mənə çox böyük təsir bağışladı. Bu işdə Azərbaycana böyük uğurlar arzulamaq istəyirik. Onu bilirəm ki, mütləq sülh olmalıdır. Burada kim yaşayacaqsa bu sülh onların xeyrinə olmalıdır”, – deyə Yan Lidel-Qreynger bildirib. (AZƏRTAC)