O deyib ki, bəzi ərazilərdə, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv, leysan xarakterli və güclü olub: “Düşən yağıntının miqdarı Böyük Qafqazın rayonlarında – Balakəndə, Qaxda, Zaqatala, Şəkidə, Oğuzda, Qəbələdə aylıq normanın 57 faizinədək olub. Düşən yağıntının miqdarı 71 mm-dək olub”.
Umayra Tağıyeva qeyd edib ki, intensiv yağıntılar nəticəsində respublikanın çaylarında da sululuq artıb: “Çaylarda suyun səviyyəsi 23 sm-dən 49 sm-dək yüksəlib”.
O qeyd edib ki, respublikanın yüksək dağlıq ərazilər qar qeydə alınıb: “Şahdağda qar örtüyünün hündürlüyü 18 sm-ə çatıb”.