14.03.2025, 09:14
AZ EN
21.05.2023, 11:44 277

21 may şəhid Emin İsmayılovun doğum günüdür

XƏBƏRLƏR
  • O da digər soydaşları kimi  Vətən həsrəti ilə böyümüş, torpaqlarımızı düşmən işğalından azad edəcəyinə, Cəbrayıla bayraq sancacağına söz vermişdi. Emin böyüdü, əsgər də oldu, torpaqlarımızın işğaldan azad edilməsində iştirak da etdi, ən böyük qazancı isə Şəhidlik mərtəbəsinə ucalmağı oldu...

Əslən Cəbrayıl rayonundan olan Emin İsmayılov 2001-ci il mayın 21- Nəsimi rayonunda anadan olmuşdur.  Nəsimi rayon 54 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi.

Emin İsmayılov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Emin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.

Suqovuşanın və Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, uğurlu əməliyyatlarda iştirak etmişdir. Emin İsmayılov 6 oktyabr 2020-ci il oktyabrın 6-da Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuş və şəhid olmuşdur. II Şəhidlər Xiyabanında böyük ehtiram və izdihamla dəfn olunmuşdur.

Emin Tahir oğlu İsmayılov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR