23.02.2025, 09:23
AZ EN
15.05.2023, 20:46 230

Jurnalistlər üçün “Sərhədsiz Xəzər” müsabiqəsi elan olunub

XƏBƏRLƏR
  • Həştərxan vilayəti qubernatorunun administrasiyası və Həştərxan vilayəti Dövlət İdarəçiliyi, İnformasiya Texnologiyaları və Rabitə Nazirliyi jurnalistlər üçün “Sərhədsiz Xəzər” müsabiqəsi elan ediblər.

Müsabiqənin əsas məqsədləri Xəzər regionu ölkələrinin kütləvi informasiya vasitələri üçün vahid informasiya məkanının formalaşdırılması, Xəzər regionu ölkələri üçün ümumi mövzuların KİV-lərdə fəal işıqlandırılması, KİV-lərin Xəzər regionu ölkələrinin informasiya əməkdaşlığının dəstəklənməsi və inkişafına yönəldilmiş beynəlxalq layihələrinin işlənib hazırlanması və təşviqi üçün əlverişli şəraitin yaradılması, Xəzər regionu ölkələrinin müxtəlif istiqamətlər üzrə əməkdaşlığı məsələlərinə dair ictimai dialoqa kömək göstərməkdir.

Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir: “FotoXəzər” – KİV-lərdə, internet nəşrlərdə dərc edilmiş, Xəzər regionu ölkələrinin iqtisadiyyat, ekologiya, mədəniyyət, təhsil və turizm sahəsində dövlətlərarası əməkdaşlığı barədə ən yaxşı fotomaterial; “İnsan və dəniz” – KİV-lərin teleradio efirində yayımlanmış, çap mediasında, internet-nəşrlərdə dərc edilmiş Xəzərin ekologiyası məsələlərinə həsr olunmuş ən yaxşı müsabiqə yazısı və ya fotomaterial; “Xəzər ölkələrini kəşf edərkən” – KİV-lərin teleradio efirində yayımlanmış, çap mətbuatında, internet-nəşrlərdə dərc edilmiş mədəniyyət, görməli yerlər və turizm məsələlərinə həsr olunmuş ən yaxşı müsabiqə yazısı və ya fotomaterial; “Xəzər – sağlamlıq məkanı” – KİV-lərin teleradio efirində yayımlanmış, çap mətbuatında, internet-nəşrlərdə dərc edilmiş idman, sağlam həyat tərzi məsələlərinə həsr olunmuş ən yaxşı müsabiqə yazısı və ya fotomaterial; “Yeni baxış” – 30 yaşına qədər iştirakçılar tərəfindən istənilən nominasiya üzrə təqdim olunmuş ən yaxşı müsabiqə materialı.

Müsabiqəyə çap mətbuatında, internet-nəşrlərdə dərc edilmiş, Xəzər regionu ölkələrinin ərazisində fəaliyyət göstərən KİV-lərin teleradio efirində yayımlanmış materiallar 2022-ci il iyunun 11-dən 2023-cü il iyunun 11-dək (2023-cü il iyunun 11-i də daxil olmaqla) müddətdə qəbul olunur. (AZƏRTAC)

Oxşar xəbərlər