09.06.2025, 18:07
AZ EN
14.05.2023, 18:40 301

Əsil döyüşçü

XƏBƏRLƏR

Vətən müharibəsinin igid döyüşçülərindən biri də Rüfət Yunis oğlu Novruzovdur. Rüfət 29 may 1990-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Şəhərin işğalı ilə əlaqədar Xocalı şəhər 4 saylı tam orta məktəbdə (Aşağı Ağcakənd) təhsil almışdır. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Ordudan tərxis olunan R.Novruzov müxtəlif işlərdə çalışaraq ailəsinə kömək etmişdir. 27 sentyabr 2020-ci ildə əkshəmlə əməliyyatları zamanı Rüfət könüllü olaraq döyüşmüşdür. Bir igid əsgər kimi Laçın, Qubadlı, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuşdur. 6 noyabr 2020-ci ildə Qubadlı rayonunun Xanlıq kəndində yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ona "Laçının azad olunmasına görə" medalı verilmişdir. Ailəlidir, üçüncü dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər