09.06.2025, 21:50
AZ EN
11.05.2023, 19:06 288

Mütləq qayıdacağıq arzulu qazi

XƏBƏRLƏR

Hamının bircə arzusu vardı doğma torpaqlarına qayıtmaq. Bundan böyük arzu yox idi.  Çünki kimliyindən asılı olmayaraq Səməd Vurğun demiş, Vətənsiz də insan olan, insan kimi yasayarmı deyimini daim qəlbində düşmənə qarşı qəzəbə kökləyirdi. Bax elə ona görə də Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin əks-həmlə əməliyyatı böyük uğur qazandı. Bu uğurda 25 sentyabr 1999-cu ildə Ağdam rayonunun Zəngişalı kəndində anadan olmuş Vaqif Şamil oğlu da öz sözünü dedi. O, orta təhsilini öz kəndindəki tam orta məktəbdə almışdır. Orta təhsilini başa vuran Vaqif həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Vətən müharibəsi başlayanda, V.Nağıyev baş gizir kimi Qubadlı və Zəngilan istiqamətində döyüşmüşdür. 26 fevral 2021-ci ildə Qubadlıda yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Qubadlının azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Üçüncü dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər