22.12.2024, 19:32
AZ EN
10.05.2023, 12:34 354

Ramiz Cahangirovun tək arzusu, Tuğ kəndində tarix dərsini tədris etməkdir

XƏBƏRLƏR
  • Faşist xislətili ermənilər Tuğ kəndində birgə yaşadıqları azərbaycanlılara qarşı həmişə cinayət törədiblər.

Xocavənd rayonunun Tuğ kənd sakini Ramiz Cahangirov İctimai TV-nin çəkiliş qrupu ilə doğma kəndini ziyarət edib və o günlərə qayıdaraq doğma yurdunda erməniərin  faşizmi xatırladan cinayətlərindən danışıb. Qeyd edib ki, təhsil aldığı məktəbdə dərs dediyi vaxtlarda ona qarşı ermənilərin millətçiliyə köklənmiş nifrət dolu münasibətlərini hələ də unuda bilmir.

Üçüncü dəfədir doğaa kəndinin ziyarətinə gedən Ramiz müəllim  hər gəlişində sonuncu dəfə gəlirmiş kimi  hiss edir özünü və “ illər öncə kənddən çıxanda qara saçlı şux oğlan idim”, -   deyir.

O, ermənilərin azərbaycanlılara qarşı cinayətlərindən söz açaraq qeyd edir ki, Tuğda ermənilər bir gecədə bütün evləri yandırdılar, biz isə heç bir müqavimət göstərə bilmədik. Əziyyətlə tikdikdiyimiz evlərimizin ərşə ucalan alovunu uzaqdan seyr edə bildik sadəcə. Sonra o, titrək səslə  söhbətini davam etdirərək boya-başa çatdığı ata ocağına gedərkən  yol boyu rastına çıxan evlərin tarixçəsindən söhbət açır. Sakinlərindən, müharibə başlayanda ermənilərin öz qonşularına tutduğu divandan ürək ağrısı ilə danışır. Baba mülkindən isə geriyə soyuq və səssiz daşlar qalıb. “Ermənilər bizim evi yandırandan sonra bizim darvazamızı çıxarıb aparıb öz qapılarına qoyublar. Onlar bizim evlərə çoxdan göz dikmişdilər. Onların biz  azərbaycanlılara qarşı düşmənçiliyi  işğaldan əvvəl də hər addımda hiss olunurdu.  Hətta uşaqlar arasında futbol oynayarkən belə. Həmişə bizə qarşı, azərbaycanlılara qarşı kin bəsləyiblər,  ona görə də bizi sıxışdırırdılar. Xüsusən də kəndlərdə azərbaycanlılarla və ermənilərə torpaq sahəsi ayrılanda ermənilərə üstünlük verilirdi, azərbaycanılara münbit olmayan, sarı torpaq olan yerlərdən verirdilər”, - deyir.

Ramiz Cahangirov İnstitutu bitirdikdən sonra 8 il Tuğda müəllim işləyib. Qonşu erməni kəndi Ataputda  erməni şagirdlərə azərbaycan dilini tədris edib.  Vaxtilə dərs dediyi məktəbin dağıdılmış binasını gəzərkən gözləri dolur. Yeganə azərbaycanlı müəllim kimi keçirdiyi çətin günləri xatırlayır: “Doğrusu, nə şagirdlər, nə məktəbin kollektivi, nə kənd əhalisi, nə də valideynlər heç biri məni həvəslə qarşılamırdı.  Sadəcə olaraq dövlətin qərarı idi bu, tədris edilməliydi, məcburən oturub qulaq asırdılar, lakin həvəs göstərmirdilər. Xankəndində pedaqoji İnstitut fəsliyyət göstərirdi. Bu İnstitutda həm Azərbaycan, həm də erməni  sektoru vardı, Azərbaycan  uşaqlarına qəbul imtahanında ermənilər süni çətinliklər yaradırdılar, çalışırdılar ki, azərbaycanlılar  yaxşı qiymət almasınlar”.

Ramiz Cahangirovun tək arzusu, doğma kəndinə qayıtmaq, son nəfəsinə qədər Tuğ kəndində tarix dərsini tədris etməkdir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər