27.07.2024, 15:21
AZ EN
01.05.2022, 16:20 2587

Şəhid Məhəmmədəli Həsənzadənin xatirəsi yad edilib

XƏBƏRLƏR

Məhəmmədəli Həsənzadənin doğum günü ilə əlaqədar Qubadlı rayon Kavdadıq kənd tam orta məktəbində tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qubadlı rayonunun Qilican kənd sakini Həsənzadə Məhəmmədəli Hörmət oğlu 1999-cü il mayın 1-də Sumqayıt şəhərində anadan olub. 2016-cı ildə Qubadlı rayon Yuxarı kənd tam orta məktəbini bitirərək Azərbaycan Dövlət Turizm və Minecment  Universitetinin “Biznesin İdarə Edilməsi” fakültəsinə daxil olub. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb.

2020-ci il sentyabrən 27-də Vətən müharibəsi başlayan gündən Məhəmmədəli Həsənzadə əvvəlcə Füzuli rayonu, daha sonra Xocavənd rayonunda döyüşüb. Noyabrın 6-da Xocavənd rayonu ərazisində gedən ağır döyüşlərdə şəhidlik məqamına ucalıb. İgid balamız Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Tədbirdə Qubadlı rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Emin Əliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qısa zamanda əldə etdiyi nailiyyətlər, peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daim yüksək olması nəticəsində torpaqlarımız düşmən işğalından azad edilib.  Sonra çıxış edənlər Qubadlının  qəhrəman oğlu Məhəmmədəlinin  həyat yolu haqqında öz xatirələrini bölüşüblər.  Şəhidin anası Vüsalə Həsənova şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib. Tədbir məktəb şagirdlərinin kompozisiyaları ilə davam etdirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Məhəmmədəli Həsənzadə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər