Öncəliklə bildirək ki, torpaqlarımızın işğal altında qaldığı müddətdə 20-dən artıq ölkənin şirkəti Qarabağda qanunsuz fəaliyyətlə məşğul olub, sərvətlərimizi istismar edib. Daha çox Böyük Britaniya, Fransa, İran, Amerika Birləşmiş Ştatları, Rusiya, İsveçrə, Almaniya, Hollandiya və digər dövlətlərin şirkətlərinin adı hallanır. Son on ildə sözü gedən şirkətlər tərəfindən Qarabağa 40 milyon dollar investisiya qoyulub. Ən çox talanan təbii ehtiyatlarımızdan birincisi isə qızıl ehtiyatlarıdır.
Milli Geoloji kəşfiyyat xidmətinin rəisi Əli Əliyev məsələyə münasibət bildirərkən deyib ki, bu yataqların sırasında zəngin ehtiyatlara malik Söyüdlü qızıl yatağı, Qızılbulaq qızıl yatağı, Ağduz dağ qızıl yatağı, Şorbulaq və Ağyataq civə yataqları, Mehmana polimetal yatağı, Dəmirli mis yatağı böyük ehtiyatlara malikdir və təbii ki, bütün bunların istismara verilməsi ölkəmizin dağ-mədən sektorunun inkişaf etdirilməsi və böyük ehtiyatların kəşf edilərək istismara verilməsinə xidmət edəcək.
2022-ci ilin avqust ayında yaradılmış “Base Metals” şirkəti uzun müddət Ağdərə rayonunun Qızılbulaq kəndindəki mis qızıl mədənlərini işlədib. Mədəndən hər ay 12 min ton filiz çıxarılıb və saflaşdırma kombinatında emal edilib. Konsentrat Ermənistana aparılıb burda təkrar emal olunduqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılıb. Bu şirkət Avstraliyanın “İnternational Base Metals” şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub.
Ə.Əliyev daha sonra vurğulayıb ki, Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan şəxslərə qarşı hüquqi tədbirin tətbiqi baş prokurorluq tərəfindən daim nəzarətdə saxlanılır. Vergi yoxlamalarının nəticələri və məhkəmə-mühasibatlıq ekispertizasının rəyinə əsasən ümumilikdə 6 şirkətin 306 milyon 821 min manat məbləğində külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan 166 hüquqi şəxslə bağlı 35 dövlətə hüquqi tapşırıqlar göndərilib. İşğal dövründə və işğaldan sonra istismar olunan sərvətlərin sırasında meşə fondunun adı çəkilməlidir. Azad ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdi. 2020-ci ildə isə cəmi 174 min hektar, yəni 54 min hektar meşə fondu Ermənistan tərəfindən məhv edilb və yandırılıb.
Beynəlxalq instansiyalar isə ermənilərin törətdiyi bu cinayətlərlə bağlı susqunluq nümayiş etdirirlər.
Hazırladı: Tahirə AĞAMİRZƏ