Bunu Dünya Bankının ölkə üzrə meneceri Sara Maykl Bakıda keçirilən “Ağıllı kəndlər: kənd yerlərinin inkişafına innovativ yanaşma” mövzusunda beynəlxalq konfransda bildirib.
"Biz Azərbaycan hökumətinə çox vacib və innovativ təşəbbüslərin reallaşdırılmasında dəstəyimizi davam etdiririk. Dünya Bankı "ağıllı kənd" təşəbbüslərini müxtəlif ölkələrdə, regionlarda dəstəkləyir. Biz Azərbaycan hökumətinə "Ağıllı kənd" proqramının icrasında dəstək göstərməkdən qurur duyuruq. Ötən il "Azərbaycanda ağıllı kəndlər" hesabatını dərc etdik", - S. Maykl deyib. (Report)