- İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən dekabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Agentlikdən verilən məlumata görə, hərracda 1 lot üzrə Ağdam rayonu “Qarqarçay” qum-çınqıl yatağı, hər biri 4 lot üzrə Qaradağ rayonu “Gülbaxt” və “Vulkan” mişar daşı yataqları satışa çıxarılacaq. (APA)