18.01.2026, 15:48
AZ EN
10.12.2025, 13:59 187

TÜİB: Qarabağ və Şərqi Zəngəzurda yeni investisiya layihələri müzakirə edilir

XƏBƏRLƏR
  • Hazırda Qarabağ və Şərqi Zəngəzurda 5-10 min insanın işlə təmin olunacağı yeni investisiya layihələri müzakirə edilir.

Bunu Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Büyükfırat Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumuna dair mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, bu məsələlərlə bağlı danışıqlar gedir: "Azərbaycandakı imkanlar, tətbiq edilən güzəştlər, xüsusilə yeni yolların açılması, Orta Dəhlizin və İpək Yolunun canlanması yeni üstünlüklər yaradır", - deyə o qeyd edib. (Report)

Oxşar xəbərlər