Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.
Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 6,6 milyon manat və ya 6,5%, 2025-ci ilin fevralın 1-nə olan göstərici ilə müqayisədə isə 15,4 milyon manat və ya 16,8% çoxdur.
Hesabat dövrünə sözügedən regiondan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,57%-ə bərabər olub.
Eyni zamanda, bu ilin fevralın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 892 min manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 50 min manat, yaxud 5,9%, ötən ilin eyni dövrünə nisbətən isə 389 min manat və ya 77,3% çoxdur.
Hesabat dövrünə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,98% təşkil edib.
Qeyd edək ki, bu ilin fevralın 1-nə Azərbaycanın ümumi regionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 16,667 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 105,8 milyon manat və ya 0,6% az, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 1,968 milyard manat və ya 13,4% çoxdur. (Trend)