18.01.2026, 21:18
AZ EN
30.12.2025, 08:26 218

İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

XƏBƏRLƏR
  • “AZCON Holding”in şirkətlərindən olan “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC tərəfindən Ağdərə rayonu ərazisində yerləşən Talış, Kiçik Qarabəy və Həsənriz Radio-Televiziya Yayım Stansiyalarının işi bərpa edilib.

Bununla da işğaldan azad edilmiş ərazilərdə bu günədək bərpa edilən stansiyaların sayı 11-ə çatdırılmaqla rəqəmsal televiziya və FM radio yayımlarının əhatəsi və siqnal keyfiyyəti artırılıb.

Qeyd edək ki, 2026-cı il üzrə əhalinin köç qrafiki diqqətdə saxlanacaq və radio-televiziya proqramlarının tələb olunan ərazilərdə yayımının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görüləcək. (AZƏRTAC)

Oxşar xəbərlər