Bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Eldar Həmidov Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda bildirib.
"Bu kreditlər maksimum 7 il müddətinə verilə bilər. Onların təxminən 90 %-i üçün dövlət zəmanəti tətbiq edilir. Həmçinin kreditlər üçün maksimim 3 il olmaqla güzəşt müddəti müəyyən edilir. Güzəşt müddəti kreditin müddətinin yarısından çox olmamalıdır. İllik faiz dərəcəsi maksimum 15 % olan bu kreditlərin 10%-lik hissəsi subsidiyalaşdırılacaq", - deyə o qeyd edib. (Report)