21.11.2024, 20:46
AZ EN
27.10.2022, 17:35 299

Coğrafiyaçı-alim: Taxılçılığın inkişaf etdirilməsi üçün işğaldan azad olunan ərazilərimizin güclü potensialı var

XƏBƏRLƏR

Strateji əhəmiyyət daşıyan taxılçılığın inkişaf etdirilməsi üçün işğaldan azad olunan ərazilərimizin güclü potensialı var. Cəbrayıl, Füzuli, Ağdamın dağətəyi ərazilərinin dalğavari düzənliklərində taxılçılıq üçün olduqca əlverişli şərait var.

Bu fikri akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent İsmayıl Quliyev bildirib.

Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində aparılan işlərin vəziyyəti, ölkənin buğda ilə təminatı məsələlərinə toxunan alim deyib: “Sadəcə olaraq, oranın şirin su potensialından yaxşı istifadə olunmalıdır. Yeni bir layihə həyata keçirilsə, demək olar ki, məhsuldarlığı 2-2.5 dəfə artırmaq olar”.

AZƏRTAC

Oxşar xəbərlər