Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
“27 geqavatın 23-ü günəş enerjisinin payına düşür. Ümumi enerji balansında bu rəqəm 7-8% olaraq hesablanır. Qarabağ və Şərqi Zəngəzurda yaradılan yaşın enerji zonası ilə bu rəqəmi 2030-cu ilədək sözügedən göstəricini 30%-ə çatdırmaq hədəflənib”, - Sadiq Qurbanov qeyd edib. (APA)