"Vətən səsi" xəbər verir ki, ilkin olaraq həmin KES-lər Ağdərə rayonunun Qozlu körpü, Laçının Şeylanlı və Xocalı rayonunun Aşağı Malıbəyli (bu yaşayış məntəqəsi 2023-cü ilədə Şuşa rayonunun inzibati ərazisinə daxil olub) kəndlərində KSES-lərin tikintisi nəzərdə tutulur. "Azərenerji" ASC-nin bununla bağlı keçirdiyi tenderin nəticələri də artıq bəllidir. "Qozlu Körpü", Laçının "Şeylanlı", "Aşağı Malıbəyli" KSES-lərin yenidən qurulması və 6 ədəd KSES-in enerji sisteminə inteqrasiyası işlərinin satın alınması” üzrə tenderin qalibi “Azconstructıon” QSC seçilib. Sifarişçi tərəflə şirkət arasında imzalanmış müqaviləyə uyğun olaraq adı çəkilən 3 kənddə KSES-lərin qurulması işlərinə 40 milyon 507 min 432 manat xərclənəcək.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə indiyədək ümumi gücü 53,6 meqavat olan KSES yenidən qurulub. Onlardan ümumi gücü 27 meqavat olan 5 stansiya Kəlbəcər rayonunun payına düşür. Hazırda “Azərenerji” tərəfindən Kəlbəcər, Laçın və Ağdərə rayonlarında ümumi gücü 37,5 MVt olan 6 ədəd KSES-in tikintisi davam edir. Bütövlükdə 2020-ci ilin noyabrından bəri işğaldan azad edilən ərazilərdə tikilən SES-lərin sayı 25-ə çatdırılacaq ki, bu da 200 meqavata yaxın ekoloji cəhətdən təmiz, hidro yaşıl enerji istehsalına imkan verəcək.
Elxan SALAHOV