Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 6,973 milyon manat və ya 7,6%, 2024-cü ilin iyunun 1-nə olan göstərici ilə müqayisədə isə 2,986 milyon manat və ya 3,1% çoxdur.
Eyni zamanda, 2025-ci ilin iyulun 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 719 min manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 56 min manat, yaxud 8,4% artım deməkdir.
Qeyd edək ki, bu ilin iyulun 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlərin həcmi 15,437 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 374 milyon manat, yaxud 2,5%, 2024-cü ilin iyunun 1-nə olan göstərici ilə müqayisədə isə 1,256 milyard manat və ya 8,9% çoxdur. (Trend)