“Ölkəmizin ilk növbədə strateji və etibarlı tərəfdaş olaraq artıq özünü təsdiq etməsinin bir təzahür formasıdır”.
Bunu İTV-yə açıqlamasında iqtisadçı Eldəniz Əmirov ona ünvanlanan sualı cavablandırarkən deyib.
O, əlavə edib:
“Təbii olaraq zaman keçdikcə post-neft dövrü ölkəmiz üçün dəhlizlərin, xüsusilə də orda dəhliz kimi strateji xətlərin getdikcə potensialını daha da artırmaq və ölkə üçün dividentlər qazandırmaq çox önəmlidir” .
Hər il öz rekordunu təzələyən orta dəhlizin yükdaşımalarının həcmi ilə bağlı rəqəmlər nə deyir, sualını iqtisadçı Eldəniz Əmirov belə cavablandırıb.
“2022-2023-cü ildə də bu artıq müşahidə edilib. Nəticə ettibarilə 2,75 milyon tonluq yük daşınmışdır. 2024-cü ildə isə bu yük təxminən 80-90 faizə qədər artaraq 4,5 milyon tonun üzərinə çıxmışdır. Bu sürətlə davam edərsə, qarşıdakı dönəmdə bu gün proqnoz edilən 10-11 milyon tonluq dövriyyənin daha da yuxarısında biz bir rəqəmlərə şaihadlik edə biləcəyik”.
Dünyada baş verən münaqişələr fonunda orta dəhlizin qlobal əhəmiyyəti son dərəcə artıb. Bu vəziyyət Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən trans-xəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafına da ciddi təkan verib. Bu strateji əhəmiyyətli multimodal dəhliz bu gün Avropa İttifaqının qlobal qapı stratejiyası və Çinin “Bir kəmr, bir yol” təşəbbüsünün reallaşmasında əsas rola malikdir. Lakin müxtəlif çağırışlar da mövcuddur.
“Bu yolun tam gücü ilə işləməsi üçün liman infrastruktur gücləndirilməsi, dəmir yollarına əlavə sərmayələr qoyulması tələb olunur”.
Bu fikirləri isə açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.
O, əlavə edib: “Lakin yaxşı xəbər budur ki, Azərbaycan artıq bu istiqamətdə ciddi addımlar atır. Ələt limanı genişləndirilir. Bakı-Tbilisi-Qars dəmir yolu yenilənir. Region ölkələrlə əməkdaşlıq möhkəmlənir. Ən əsası isə bu dəhlizin yalnız bir istiqamətli deyil, qarşılıqlı yüklə işləməsi üçün komersiya baxımından cəlbedici şəraitin yaradılması da vacibdir”.
Çin-Avropa yük qatarının istifadəyə verilməsi trans-xəzər beynəlxalq nəqliyyat marşrutunun davamlı inkişafını və Bakı limanının əsas nəqliyyat qovşağı kimi strateji rolunu bir daha vurğulayır. Avrasiyanın qovşağında yerləşən Bakı limanı Şərq-Qərb əlaqələrini asanlaşdıran, iqtisadi inkişafı dəstəkləyən və qlobal təchizat zəncirində regionun əhəmiyyətini artıran əsas qapıya çevrilir.
Tahirə AĞAMİRZƏ