19.06.2025, 11:42
AZ EN
03.10.2022, 17:34 304

Çavuşoğlu: “Türkiyə Azərbaycan qazının Şərqi Avropaya çatdırılmasına kömək edir”

XƏBƏRLƏR
  • Türkiyə enerji məsələsində əziyyət çəkən ölkə deyil.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Liviyaya səfəri çərçivəsində mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, ölkəsi elektrik enerjisi və Azərbaycan qazının Şərqi Avropaya çatdırılmasına yardım etməyə çalışır: “Həm elektrik enerjisinin, həm də Azərbaycan təbii qazının bu ölkələrə tədarükü məsələsində kömək edirik”.

Çavuşoğlu əlavə edib ki, Türkiyə və Liviya arasında bu gün imzalanan anlaşmalar “qazan-qazan” prinsipinə əsaslanır və üçüncü ölkələrin bu məsələyə aidiyyəti yoxdur və həmin ölkələr Liviyanın müstəqil bir ölkə olduğunu bilməlidirlər. (APA)

Oxşar xəbərlər