24.06.2025, 14:33
AZ EN
24.06.2025, 08:03 319

Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb

XƏBƏRLƏR
  • Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub.

Bu barədə Nazirlər Kabinetində "2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması ilə bağlı iclasda bildirilib.

Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir.

21 yaşayış məntəqəsinin isə təməli qoyulub.

Günel QULİYEVA

Oxşar xəbərlər