Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, vəsait 78,5 min hektar buğda, 10,5 min hektar arpa, 1,1 min hektar qarğıdalı əkinlərinə, habelə 219,4 hektar üzüm və 656,7 hektar meyvə bağlarına görə ödənilib.
2023-2024-cü əkin ilində Ağdam, Füzuli, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Laçın, Xocalı, Xocavənd, Zəngilan və Tərtər rayonlarında kənd təsərrüfatı məhsullarının istehsalçıları əkin sahələrinin və çoxillik əkmələrin becərilməsi həyata keçirib.
Eyni zamanda, "İşğaldan azad edilmiş əraziləri Böyük Qayıdışa dair Dövlət Proqramı" çərçivəsində il ərzində 18 müraciət üzrə 53 ədəd kənd təsərrüfatı texnikasının satışının maliyyələşdirilməsi məqsədilə 472 min manat güzəştli kredit və 2 milyon 466 min manat güzəşt ayrılıb. Həmçinin qeyd olunan dövr ərzində 2 müraciət üzrə 1 877 baş heyvan alışının maliyyələşdirilməsi üçün 5 milyon 861 min manat güzəşt ayrılıb. (Report)