Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, ölkə Prezidentinin "İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında" 27 aprel 2021-ci il tarixli fərmanına əsasən işğaldan azad edilmiş ərazilərdə 4,7 min hektar çoxillik əkmələr altında olan kənd təsərrüfatı təyinatlı (massiv şəklində) torpaq sahələri ayrı-ayrı subyektlərə icarəyə verilib.
Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC ilkin olaraq Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinə və investorlara icarəyə veriləcək 140 hektar əkin sahəsində rekultivasiya işlərini yekunlaşdırıb. (Report)