Bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.
qeyd edib ki, bu çərçivədə də Kənd Təsərrüfatı Nazirliyi ilkin olaraq azad edilmiş ərazilərdə ilk məskunlaşma aparılmış Zəngilan rayonunun Ağalı kəndi ətrafında 110 hektar seçilmiş torpaq sahəsində həmin qaydaların tələblərinə uyğun, müvafiq infrastruktura gətirilmiş sahələr seçib.
"Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Artıq kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanıb. Bununla bağlı Nazirliyin müvafiq struktur və bölmələri Ağalı kəndinə ezam olunub. Onlar kənd sakinlərini proseslər barədə məlumatlandırırlar".
Nazirlik rəsmisi onu da vurğulayıb ki, məskunlaşma gedən digər ərazilərdə də planlama başlanılıb.
"Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müvafiq şöbələrinin rəhbərliyi ilə məsələlər nəzarətdə saxlanılır. Bununla bağlı Nazirlik olaraq artıq kəndlərin inzibati sərhədləri daxilində, yəni məskunlaşma nəzərdə tutulan 44 kənddə torpaq sahələrinin müəyyən edilməsi və bu ardıcıllıqla da onların infrastruktura gətirilmə planlaması aparılmaqdadır", - deyə o qeyd edib. (Trend)