Qırğızıstan Respublikasının Ticarət və Sənaye Palatası Şurası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Azərbaycan-Qırğızıstan Biznes Şurasının yaradılması haqqında Saziş imzalanıb.
Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında birgə tədbirlərin həyata keçirilməsinə dair Yol Xəritəsi təsdiq olunub.
Həmçinin, “Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası” İctimai Birliyi və Türkiyənin “Kut Ticarət və Marketinq Məhdud Şirkəti”, “Bakı Tekstil Fabriki” MMC və Türkiyənin “İnmak Şirkətlər Qrupu” arasında anlaşma memorandumları imzalanıb. (APA)