18.06.2025, 23:15
AZ EN
27.01.2025, 17:48 206

Ağdamın Xıdırlı kəndində 30 milyon manatlıq layihə

XƏBƏRLƏR
  • Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti “Ağdam rayonu, Xıdırlı kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

"Vətən səsi" xəbər verir ki, tenderin qalibi “Körpü-Bina-Tikinti” MMC olub. Sifarişçi tərəflə imzalanmış müqaviləyə əsasən, tenderdə nəzərdə tutulmuş xidmətlər üzrə işlərin həyata keçirilməsi üçün qalib şirkətə 29 milyon 983 min 234 manat ödəniləcək.

Xatırladaq ki, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır.

Elxan SALAHOV

Oxşar xəbərlər