- “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi Xocalı rayonunda teleqüllənin tikintisi işlərinə başlayır. İstehsalat Birliyi teleqüllənin inşası işlərini “Körpü-Bina-Tikinti" MMC-yə həvalə edib və onunla 18,4 milyon manat dəyərində müqavilə bağlayıb.
Qeyd edək ki, Xocalı rayonunda teleqüllənin inşası işlərini həyata keçirəcək “Körpü-Bina-Tikinti" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.
Hazırladı: Mina RƏŞİD