Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev “Dayaq” mükafatının təqdimat mərasimində deyib.
“Bu sahədə də sahibkarlarımız fəallıq göstərirlər. Eyni zamanda, dövlət tərəfindən bu məqsədlə zəruri dəstək təmin edilir və ediləcək. Artıq investorlar “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı və Ağdam Sənaye Parkının imkanlarından istifadə edirlər. Ötən ilin əvvəlindən işğaldan azad olunan ərazilərimiz üçün Vergi Məcəlləsinə və Əmək Məcəlləsinə geniş güzəşt və stimul paketi təsdiq edilib. Bu tədbirlər işğaldan azad olunan ərazilərimizə sərmayə cəlb olunmasını, bu bölgəmizdə sahibkarlığın inkişafına, biznesin çiçəklənməsinə xidmət edir”, - deyə E.Əliyev qeyd edib. (AZƏRTAC)