Bu barədə energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov oktyabrın 31-də Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib.
O qeyd edib ki, bu, Azərbaycanda qurulmuş bütün potensialın 5 qatı deməkdir. 2050-ci ildə Azərbaycanın elektrik enerjisi istehlakının 3 dəfə artaraq 89 teravat/saata çatması gözlənilir. (AZƏRTAC)