21.11.2024, 22:17
AZ EN
15.10.2024, 15:51 72

Xidmət rəsmisi: "Laçında 80 milyon kVt/s-dan çox "yaşıl enerji" istehsal olunub"

XƏBƏRLƏR
  • Laçın rayonunda 80 milyon kilovat/saatdan (kVt/s) çox "yaşıl enerji" istehsal olunub.

Bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.

O bildirib ki, "yaşıl enerji" strategiyasına uyğun olaraq Laçın rayonunda 11 yerdə su elektrik stansiyaları yaradılıb və yaradılır: "Bunun nəticəsində 20 milyon kubmetrdən çox təbii qaza qənaət edilib və 32 min ton karbon qazının atmosferə atılmasınınn qarşısı alınıb. COP29 planına uyğun olaraq, bərpa-tikinti prosesində ətraf mühitin mühafizəsi məsələsinə diqqət yetirilir, alternativ enerji mənbələrinin istifadəsinə böyük önəm verilir. Bu, evlərin damlarının üzərində quraşdırılmış günəş panellərində, şəhərdaxili işıqlandırmanı təmin edən hibrid-günəş lampaların istifadəsində öz əksini tapır".

Xidmət rəsmisi qeyd edib ki, ümumilikdə Laçın şəhərində 24 fərdi evdə enerji təchizatının sabitliyini təmin etmək üçün günəş panelləri quraşdırılıb: "9 fərdi ev isə günəş kollektoruna qoşulub. Zabux və Sus kəndlərində bütün yaşayış evləri, iki məktəb və inzibati binalar günəş panelləri ilə təchiz olunub". (Report)

Oxşar xəbərlər