21.11.2024, 21:24
AZ EN
29.08.2023, 16:49 351

Qarabağda biznes qurmaq istəyənlərin sayı artır

XƏBƏRLƏR
  • Azərbaycanın ən iri taxıl və yem məhsullarının istehsalçısı olan “Zarat Group of Companies” özünün biznes layihələrini işğaldan azad edilmiş ərazilərdə qurmağı planlaşdırır.

“Vətən səsi” xəbər verir ki, bu barədə “Zarat Group of Companies” şirkətinin təsisçisi Vüqar Qardaşov bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi şirkət dövlətin sahibkarlar üçün yaratdığı dəstək mexanizmlərindən istifadə edərək fəaliyyətini çoxşaxəli istiqamətlər üzrə davam etdirməyə çalışır.

2011-ci ildən Azərbaycana taxıl, yem məhsullarının idxalı, eyni zamanda ölkədə yem istehsalı və satışı ilə məşğul olan bu şirkətin təsisçisi  bildirib ki, aldıqları investisiya təşviqi sənədindən səmərəli şəkildə istifadə edirlər. Onun sözlərinə görə, yaxın gələcəkdə ölkənin cənub regionunda yerli yem və un, işğaldan azad olunmuş ərazilərdə isə taxılçılıq və yemçilik üzrə istehsal müəssisəsi yaratmaq niyyətindədirlər: “İnanıram ki, həmişə olduğu kimi, dövlət bu təşəbbüsümüzü də gercəkləşdirməyə dəstək verəcək. Yaxın gələcəkdə işğaldan azad olunmuş ərazilərimizdə sahibkarlar üçün yaradılmış güzəştli imkanlardan da yararlanmaq fikrimiz var. Qarabağda taxılçılıq və yemçilik üzrə istehsal müəssisəsi yaratmaq istəyirik”.

Xatırladaq ki, “Zarat Group of Companies” taxıl, yem məhsullarını əsasən Rusiya, Ukrayna, Qazaxıstan, Argentina, Braziliyadan idxal edir. Şirkət daha çox Rusiyadan olmaqla, il ərzində təxminən 50 min ton məhsul idxal edir. Məhsulların əsas alıcıları isə yerli fermerlər, quşçuluq müəssisələri, iribuynuzlu heyvandarlıq kompleksləri və dəyirmanlardır. Ötən il Siyəzən rayonunun Zarat kəndində istismara verilən yem fabrikinin illik istehsal gücü 50 min tondur. Hazırda 11 növ toyuq yemi istehsal edən fabrik 100-dən çox hüquqi və fiziki şəxslə əməkdaşlıq edir.

Elxan SALAHOV

Oxşar xəbərlər