Hazırda 2025-ci ilin məhsulu üçün payızlıq taxıl əkini sahələrində şumlama işləri uğurla aparılır. Taxıl əkiləcək əkin sahələrində şumun keyfiyyyətli aparılması həm mütəxəssislərin, həm də fermerlərin daimi nəzarətindədir. Qısa müddət ərzində 3617 hektar sahədə şum aparılıb. Qaldırılan şumun 3143 hektarı işğaldan azad edilmiş əraziləri əhatə edir. Gün ərzində sahələrə 60-dan çox traktor cəlb edilir.
Qeyd edək ki, cari ilin payızında 16300 hektar sahədə səpin aparılması proqnozlaşdırılıb. Aparılacaq səpinin 14600 hektarının rayonun işğaldan azad edilmiş ərazilərində, 1700 hektarının isə əhalimizin sıx məskunlaşdığı Cəbrayıl qəsəbələrində həyata keçirilməsi nəzərdə tutulub.
Şumlama işləri davam etdirilir.
Hazırladı: Mina RƏŞİD