Çətin relyefə malik olan Kəlbəcər rayonunu qar, çovğun, təhlükə bilmədən işıqlandırmağa səfərbər olan energetiklərimiz bu kurslar vasitəsilə indi daha dərin təkmilləşməyə nail olurlar.
Bu günlərdə “Yaşıl enerji” MMC-nin Kəlbəcərdə yerləşən “Soyuqbulaq”, “Çıraq-1”, “Çıraq-2”, “Meydan”, “Kəlbəcər-1”, “Qamışlı” kiçik su elektrik stansiyaları üzrə çalışan 35 nəfər mütəxəssisdən 26-sı sertifikatla təmin olunub.
Qeyd edək ki, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “AzərEnerji” tərəfindən 45-ə yaxın su elektrik stansiyası və yarımstansiyaları tikilib istifadəyə verilib ki, burada da əksəriyyəti yerli sakinlərdən ibarət işçi qüvvəsidir. (Trend)