22.11.2024, 08:39
AZ EN
19.07.2024, 17:22 185

Zəngilanın Cahangirbəyli kəndinə işıq çəkiləcək

XƏBƏRLƏR
  • “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə elektrik şəbəkəsi və və yüksək gərginlikli elektrik verilişi xətlərinin çəkilişi ilə bağlı növbəti layihənin icrasına hazırlaşır. Səhmdar Cəmiyyət enerji infrastrukturunun qurulması ilə bağlı yeni layihəsinin Zəngilan rayonunda həyata keçirəcək.

"Vətən səsi" xəbər verir ki, "Azərişıq" nununla bağlı açıq tender elan edib. Elanda Zəngilan rayonu Cahangirbəyli yaşayış məntəqəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işlərinin satın alınması  nəzərdə tutulub. Müsabiqədə iştirak haqqı 1000 manat təşkil edir. Layihənin ehtimal olunan dəyəri 2 milyon 315 min 927 manatdır.

Tenderdə iştirak etmək istəyən şirkət öz təkliflərini avqustun 18-dək "Azərişıq" ASC-nin Bakı şəhəri, Bakıxanov küçəsi-13 ünvanında yerləşən ofisinə təqdim etməlidir. Müsabiqənin nəticəsi təkliflərin qəbulu başa çatdıqdan bir gün sonra açıqlanacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR