Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ekoloji məsələlər üzrə işçi qrupun Ağdamda keçirilən növbəti iclasında deyib.
O qeyd edib ki, işğal dövründə ən çox ziyan görmüş yerlər meşə örtüyü və biomüxtəliflikdir.
Nazir müavininin sözlərinə görə, 60 min hektar ərazinin 50 min hektardan çox meşə örtüyü məhv edilib: "Əlbəttə, bu, son rəqəm deyil. Daha böyük rəqəmlər də var. Mina təhlükəsi səbəbindən tam rəqəm deyə bilmirik. Qiymətli meşə cinslərimiz daşınıb".
V.Kərimov, həmçinin bildirib ki, bu gün işğaldan azad edilən ərazilərdə aparılan işlər sayəsində bəbirlər, cüyürlər, nadir heyvanlar bu ərazilərə qayıdır. (Report)