18.04.2025, 13:12
AZ EN
17.07.2024, 11:19 347

Yarım ildə Qarabağ və Şərqi Zəngəzurda 1,9 milyard manat xərclənib

XƏBƏRLƏR
  • Bu ilin I yarısında Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 1 milyard 953,5 milyon manat vəsait yönəldib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin icrasına dair hesabatında bildirilir. Qeyd olunur ki, geridə qalan 6 ay ərzində Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinə sərf olunan vəsait 2024-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulmuş 3 milyard 825 milyon manat vəsaitin 51,1 faizi qədərdir. Həmin vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında istifadə olunub.

Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçıların verdiyi sifarişlər əsasında 1 milyard 64,9 milyon manat maliyyələşdirilmə həyata keçirilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 42,9 faizinə bərabərdir. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 40,4 faiz çoxdur.

Elxan SALAHOV

Oxşar xəbərlər