19.06.2025, 01:31
AZ EN
29.06.2024, 14:00 414

Masatsuqu Asakava: AİB Azərbaycanın yaşıl keçid prosesinə töhfəsini davam etdirəcək

XƏBƏRLƏR
  • Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın yaşıl keçid prosesinə töhfəsini davam etdirəcək.

Bunu Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava deyib.

"Mən Azərbaycanda heyranedici Qaradağ Günəş Elektrik Stansiyasında oldum. Bu 230 meqavatlıq günəş stansiyası hökumətin 2030-cu ilə qədər ölkənin enerji kompleksində bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmaq məqsədini dəstəkləyir. Mən AİB-in digər tərəfdaşları ilə bu layihəyə sərmayə qoymasından qürur duyuram və AİB-in əməkdaşlığını və Azərbaycanın yaşıl keçid prosesinə töhfəsini davam etdirməyi səbirsizliklə gözləyirəm" - Masatsuqu Asakava əlavə edib. (APA)

Oxşar xəbərlər