Bu barədə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.
Agentlik nümayəndəsi qeyd edib ki, xüsusilə Tuğun qədim hissəsinin bərpası və konservasiyası aparılır: “Hələki layihələndirmə səviyyəsindəyik. Əsas istiqamətlərdən bir də Tuğ kəndində şərabçılığın inkişaf etdirilməsidir. Bura şərabları ilə məşhur olub. Qarabağın məşhur üzüm sortlarından olan “Xindoqnı” üzüm sortu bərpa olunub və müasir üsullarla öyrənilir. Tuğ kəndi də bu növ üzümün yetişdirildiyi əsas məkanlardan biridir. Layihələrin reallaşdırılması planlaşdırılan digər istiqamətlərdən biri də Hadrutdur. Burada da tematik turizm inkişaf etdiriləcək”, - deyə K.Quluzadə əlavə edib. (AZƏRTAC)