Bunu Dövlət Xidmətinin nümayəndəsi Azər Sadıqov bildirib.
Onun sözlərinə görə, Laçın rayonundakı "Əhmədli" mişar daşı yatağına 7 lot üzrə 23 sifariş, Qubadlı rayonundakı "Hacılı" əhəng daşı yatağına isə 3 lot üzrə 12 sifariş qəbul olunub.
"Ümumiyyətlə bu hərraclar sahibkarların böyük marağına səbəb olur. Belə ki, quruculuq işlərinə görə faydalı qazıntı yataqlarının istismarına, tikinti materiallarının istehsalına maraq böyükdür. Tikinti materiallarının daşınma xərcinin az olması da bu yataqlara maraq yaradan amillərdəndir. Bu yataqların istismara verilməsi yeni iş yerlərinin açılmasına töhfədir. Biz ümid edirik ki, gələcəkdə işğaldan azad olunmuş ərazilərdə yenə hərraclar təşkil olunacaq", - deyə A.Sadıqov qeyd edib. (Report)