21.11.2024, 23:04
AZ EN
27.07.2022, 15:25 425

Ermənistanın Azərbaycanın turizminə vurduğu ziyanın məbləği açıqlanıb

XƏBƏRLƏR
  • Azərbaycanın mehmanxana (hotel) və mehmanxana tipli obyektlərinin 11,6 %-i məhz 30 il ərzində Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşib.

Bu, Dövlət Turizm Agentliyindən bildirilib.

Bundan başqa, qurum bəyan edib ki, ölkədə turistlərin gecələmələrinin 11,1 %-i işğal altında qalmış ərazilərin payına düşüb.

“Bunu nəzərə alaraq, rəsmi açıqlanan və ehtimal edilən göstəricilərin qiymətləndirmələrinə əsasən ölkə ərazisinin 20%-nin 30 il müddətində işğal altında qalması nəticəsində həmin ərazilərə 33 milyon turist səfər edə bilməyib. Eyni zamanda turizm üçün xarakterik sahələrdə ÜDM istehsalı üzrə zərər 5 milyard ABŞ dollarından artıq olub”, - deyə açıqlamada qeyd olunub.

Azərbaycan 2020-ci ilin payızında 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edib. (Report)

Oxşar xəbərlər