Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Slovakiya Biznes Forumda deyib.
"Biz Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə təşəbbüs göstərməklə Orta Dəhlizin əsasını qoyduq", - deyə nazir əlavə edib.
O, qeyd edib ki, Azərbaycanın strateji coğrafi mövqeyindən istifadə edərək sənaye zonalarını və Ələt Azad İqtisadi Zonasını əhatə edən çoxsaylı xüsusi iqtisadi zonalar yaradılıb:
"Ələt Azad İqtisadi Zonası ixrac yönümlü yüksək dəyərli malların istehsalı üçün innovativ texnologiyalardan istifadə etməkdə maraqlı olan investorları cəlb etmək məqsədi daşıyır. Xəzər dənizinin ən böyük limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən İqtisadi Zona öz rezidentlərinə vergi güzəştləri və gəlirlərini repatriasiya etmək azadlığı təklif edir". (APA)