Bunu Bakıda keçirilən Türk Dövlətləri İqtisadi Forumu”nda iştirak edən millət vəkili Vüqar Bayramov Forumda çıxışı zamanı deyib.Türk dövlətlərinin iqtisadi potensialına və imkanlara xüsusi diqqətin vacibliyini önə çəkən deputat qeyd edib ki, türk dövlətləri arasında xarici ticarət dövriyyəsinin həcmi 42 milyard dollardır: "Bu, türk dövlətlərinin ümumi ticarət dövriyyəsinin 3,5 faizini təşkil edir. Bu isə o deməkdir ki, türk dövlətlərinin xarici ticarət dövriyyəsinin 96,5 faizi digər ölkələrlədir. Bu, həm də o deməkdir ki, türk dövlətlərinin xarici ticarət dövriyyəsində hər 100 dolların cəmi 3,5 dolları türk dövlələri ilə xarici ticarətdən formalaşır".
Millət vəkili daha sonra əlavə edib ki, iqtisadi və ticari inteqrasiya üçün potensialın imkanlara çevirlməsi vacibdir: "Türk dünyasının güclü iqtisadi bazasının və qarşlıqlı inteqrasiyasının güclənməsi zamanın çağrışıdır".
Tahirə AĞAMİRZƏ